Xəbər lenti
“Bu, İrəvanın suverenliyinə son qoymaqdır” - erməni jurnalist
Rusiya ilə Ermənistan arasında vahid ordu qüvvələrinin yaradılması haqqında razılaşma ordunun Rusiyadan asılılığını artıracaq.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər erməni jurnalist Naira Ayrumyanın “Lragir.am” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Ermənistan artıq bir neçə akta imza ataraq özünün suveren haqlarını Rusiyaya verib:
“Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Rusiyaya suveren gömrük və xarici iqtisadi siyasətin verilməsinə səbəb oldu. “Qazprom”la müqavilənin imzalanması Ermənistanın suveren energetika siyasətinə son qoydu. Bu müqavilə vəziyyəti o həddə gətirdi ki, Ermənistan hətta indi qonşu İrandan qaz alıb, Gürcüstana vermək imkanına malik deyil. Rusiya ilə hava hücumundan müdafiə haqqında razılaşma Ermənistanı öz regional səmasında suverenliyindən məhrum etdi. Vahid ordu birləşmələri haqqında razılaşma isə Ermənistanın hərbi-siyasi suverenliyinə son qoyulması deməkdir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar