Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Senator iclas zalındaca həbs edildi

Tarix: 30-01-2019 14:39     Baxış: 4181 A- / A+
Senator iclas zalındaca həbs edildi

32 yaşlı keçmiş nazir qətllərdə ittiham edilir

Rusiyanın Qaraçay-Çərkəs Respublikasından Federasiya Şurasının üzvü, senator Rauf Araşukov bu gün parlamentin yuxarı palatasının iclasının gedişində gözlənilmədən həbs edilib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Araşukov bir neçə cinayət işində, o cümlədən Aslan Jukovun qətlində ittiham edilir. Jukov çərkəs hərəkatlarından birinin lideri olub. İstintaq vaxtı Araşukovun adını killer çəkib.

32 yaşlı senatorun tutulmasından öncə mətbuat işçiləri zaldan çıxarılıb və iclas qapalı elan edilib. Zalın girişini Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları bağlayıb.

Şuranın iclası əvvəlcə mətbuat üçün açıq keçirilirmiş və canlı yayımlanırmış. Lakin həbsdən beş dəqiqə əvvəl yayım kəsilib. Həbsdə Rusiyanın baş prokuroru Yuri Çayka İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də iştirak ediblər.

Saxlanılan senator Rauf Araşukov “Qazprom Mejregionqaz” şirkətində baş direktorun müşaviri vəzifəsində çalışırmış. Senatorun atası iri biznesmendir.

Araşukov 22 yaşında adıçəkilən respublikanın əmək və sosial inkişaf naziri, 2008-ci ildə prezident Boris Ebzeevin köməkçisi kimi çalışıb. olub. 2010-cu ildən deputat fəaliyyəti ilə məşğuldur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar