Xəbər lenti
İran qadınları İnstagrama görə üsyan etdi - "Bağlamayın!"
Hakimiyyət etnik azlıqların, LGBT nümayəndələrinin İnstagramdakı ünsiyyətinə mane olmaq istəyir.
İranda yerli hakimiyyət yaxın vaxtlarda ölkədə İnstagram sosial şəbəkəsini bloklamaq niyyətindədir. İnstagram İranda istifadəsinə qismən icazə verilmiş yeganə online-platformadır.
Manevr.az aznews.az-a istinadən xəbər verir ki, bu qadağa xüsusən sosial-aktiv qadınların narahatlığına səbəb olub. Düşünürlər ki, onları aktual və həqiqi xəbərlərdən, subyektiv fikirlərini ifadə etməkdən, pul qazanmaq imkanından (bir çox qadınlar ailə vəziyyətinə görə evdən çıxmır və biznesini evdən idarə edir) məhrum edirlər.
İnstagramın İranda qadağan olunmasının əsas səbəbi isə yayılan ədəbsiz kontentdir. Hakimiyyət həmçinin etnik azlıqların, həmçinin LGBT nümayəndələrinin şəbəkədəki ünsiyyətinə mane olmaq istəyir.
Kütləvi kommunikasiya sahəsində nəzarət üzrə xidmət artıq bir neçə ildir ki, İranda "halal internet" yaratmağa çalışır.
Maraqlıdır ki, İran prezidenti Həsən Ruhani İnstagram hesabında paylaşımlar etməyə davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar