Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatın təcavüz etdiyi Zəhranın şok səs yazısı - VİDEO

Tarix: 27-01-2019 23:35     Baxış: 3272 A- / A+
Deputatın təcavüz etdiyi Zəhranın şok səs yazısı
İranın Məlika şəhərinin millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan, yanvarın 6-da isə cansız bədəni tapılan azərbaycanlı Zəhra Nəvidpurun telefon danışığının səs yazısı üzə çıxıb.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, sözügedən səs yazısı Z.Nəvidpurun Məlikanın keçmiş millət vəkili Şəhruz Əfxəmi ilə söhbətidir.

Danışıq zamanı keçmiş millət vəkili mərhum Zəhra Nəvidpura bildirib ki, onun təhlükəsizliyilə bağlı hər hansı problem yaranarsa, bununla bağlı Salman Xudadadi şübhəli bilinəcək. O, həmçinin vurğulayıb ki, bir çox məsul şəxslə danışıb, hamı Zəhra xanımın tərəfində olduğunu bəyan edib.

Qeyd edək ki, 28 yaşlı Zəhra Nəvidpur yanvarın 6-da vəfat edib. Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda doğma şəhəri Məlikanın (Məlikkənd) millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.
Güneyli fəallar və yaxınları Zəhra Nəvidpurun qətlə yetirildiyini bildirirlər.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar