Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərəb ər dörd arvadından ikisini yedi: "Onların əti halal sayılmalıdır”

Tarix: 25-01-2019 22:28     Baxış: 3241 A- / A+
Ərəb ər dörd arvadından ikisini yedi: "Onların əti halal sayılmalıdır”

Ərəbistan səhrasında ağlasığmaz olay

Səudiyyə Ərəbistanının “Riyadh Herald” qəzetinin xəbərində deyilir ki, səhrada maşın qəzasına uğrayan kişi və onun 4 xanımından 2-si möcüzə sayəsində sağ qalıb.

41 yaşlı Mustafa Ali Hamad və onun dörd xanımı səhrada yolu səhv salıb, bu zaman qum fırtınası başlayıb. Qəza baş verərəkən Mustafanın xanımlarından biri vəfat edib.

3 gün ərzində onlar yandırıcı günəşin altında susuz və ərzaqsız qalıb. Sonda Mustafa qərar verir və xanımlarından ikisini kömək əldə etmək üçün axtarışa göndərir. Özü bunu edə bilməzdi, çünki sağlıq durumu yerində deyildi.

Qadınlar 10 gün ərzində ölüdürücü günəşin altında gəzdikdən sonra kiçik bir kəndə gəlib çatırlar. Hadisəni nəql edib yardım istəyirlər. Kənddən yardım gələndə bəlli olur ki, səhrada qalan Mustafanın yanındakı xanım da ölüb və o, əvvəl və sonra ölən xanımların əti ilə qidalanıb.
Ərəb ər dörd arvadından ikisini yedi: "Onların əti halal sayılmalıdır”

“Mən ümid edirəm ki, Allah məni bağışlayacaq. Nə isə yemək istəyi məni üstələdi və mən vəfat edən xanımlarımın hər ikisinin ətindən yedim. Mən özümə nəzarəti tamamilə itirmişdim. Dəhşətli dərəcədə ac idim”, Mustafa göz yaşları içində jurnalistlərə deyib.
Mustafa bildirib ki, qəza zamanı ölən xanımının ətini yeyib, sağ qalan o biri xanımını da meyitin ətini yeməyə təhrik edib. Ancaq o, insan əti yeməkdən imtina edib və 3 gün sonra özü də ölüb...

“Törətdiyim əmələ görə Allahın qiyamət günündəki sorğu-sualından qorxuram. Ancaq mənim xanımlarımın hamısı mömin müsəlman idı. Əminəm ki, onların ölü bədənlərinin əti halal sayılmalıdır”.

Mustafa deyib ki, törətdiyi əmələ görə dövlət onu mühakimə edə bilər: “Bütün mühakimələrə hazıram. Hər şey Allahın əlindədir”.

Qəzet yazır ki, İslama görə, insan başqa bir insanı qidalanmaq məqsədi ilə öldürə bilməz. Ancaq bir çox alim xüsusi hallarda kannibalizmi məqbul sayır. Məsələn, XII əsrdə yaşamış islam alimi ibn əl-Ərəbi yazıb: “İnsan əti yemək olmaz, ancaq insan əti yeməklə aclığın gətirə biləcəyi ölümdən qurtulmaq olarsa, bu, məqbul sayılır”.

Həmin alim başqa bir əsərində yazır ki, müsəlman kişi vəfat etmiş qadınla intim münasibətdə ola bilməz, ancaq kafir qadınlarla bunu etmək olar”.

Mustafa Hamid hazırda ciddi tibbi nəzarət altındadır. O, çox kökdür, çəkisi həddi çoxdan aşıb. Diabet kimi bir neçə xəstəliyi var.

Həkimlər onu da müəyyən edib ki, 13 gün səhrada ağır şərtlər altında qalan Mustafa zərrə qədər də arıqlamayıb, əksinə xeyli kökəlib...musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar