Xəbər lenti
Gəmiricilər erməni hərbçilərini xəstəxanalıq etdi

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə ərazisində yerləşdirilən düşmən ordusunun bölmələrində son dərəcə gərgin, eyni zamanda komik bir qalmaqal yaşanmaqdadır.
Manevr.az ordu.az-a istinadən xəbər verir ki, altıncı və beşinci dağ atıcı alaylarının, eləcə də artileriya divizionun hərbi qulluqçuları son günlər intensiv olaraq siçovulların hücumuna məruz qalırlar.
Tibb məntəqələrinə müraciət edən 10-na yaxın hərbi qulluqçuya yardım göstərilərək zərdablar vurlub və onlar xidmət yerlərinə qaytarılıb. Lakin beşinci dağ atıcı alayının 4 hərbi qulluqçusunun vəziyyəti ağır olduğundan hospitala yerləşdirildiyi bildirilir.
Sosial şəbəkələrdə bu olayla bağlı paylaşımalar edənlərin çoxu “ərzaq anbarlarında yeməyə bir şey tapsaydılar, siçovullar yazıq əsgərlərimizi dişləməzdilər”, - deyə ironik ifadələr yazıblar.
Xankəndindən sanitar-epidemioloji dəstə problemlə məşğul olmaq üçün hərbi hissələrə ezam olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar