Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - ŞƏKİLLƏR

Tarix: 19-01-2019 19:29     Baxış: 4382 A- / A+
Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - ŞƏKİLLƏR


Moai Sakit okeanın Pasxa adasındakı daş heykəllərin adıdır.

Manevr.az xəbər verir ki, adada 1000-ə yaxın belə heykəl var. Heykəllər Rapanui polineziyalıları tərəfindən XIII əsrdə inşa edilib.

Amerikalı tədqiqatçılar heykəllərin hansı məqsədlə inşa edildiyini müəyyənləşdiriblər. Mütəxəssislərin fikrinə əsasən, platformalar şirin su mənbələrini göstərir.

Tədqiqat zamanı alimlər adanın xəritəsini hazırlayıblar və şirin su mənbələri ilə yanaşı digər təbii sərvətlər olan yerləri də işarələyiblər.
Məlum olub ki, meqalitik tikililərin yaxınlığında mədənlər var. Adanın digər hissəsində isə şirin su tapılmayıb.

Pasxa adasında 300-dən çox axu meqalitik platforması və 1000-ə yaxın moai daş heykəli var. Ehtimal edilir ki, ilk abidələr polineziyalıların Rapanui sivilizasiyası dövründə, XIII əsrdə inşa edilib. Moai abidələrinin təyinatı uzun illər alimlər arasında mübahisə mövzusu olub.

Bir çox tədqiqatçının fikrinə əsasən, abidələr əcdadların ilahiləşdirilmiş fiqurlarıdır və Rapanui cəmiyyətinin müxtəlif klanlarının simvollarıdır.

Hələlik alimlər adanın şərq tərəfində şirin su mənbələri tapıblar. Yaxın vaxtlarda bütün ada tədqiq ediləcək və teoriyanın doğruluğu sübuta yetiriləcək./ölkə.az

Manevr.az

Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - ŞƏKİLLƏR
Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - ŞƏKİLLƏR

Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - ŞƏKİLLƏR
Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - ŞƏKİLLƏR
Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - ŞƏKİLLƏR
Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar