Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Hafizəni gücləndirməyin yolu tapıldı

Tarix: 17-01-2019 21:22     Baxış: 3182 A- / A+
Hafizəni gücləndirməyin yolu tapıldı

Amerikalı alimlər fiziki aktivliyin, o cümlədən, gəzinti və ev işlərinin hafizəni gücləndirdiyini, beynin digər koqnitiv funksiyalarını yaxşılaşdırdığını müəyyən edib. Müsbət effekt demensiya və ya beyin travmaları olan insanlarda belə müşahidə olunur.

Manevr.az
xəbər verir ki, bu haqda “EurekAlert!” nəşrində press-reliz dərc olunub.

Tədqiqatda 454 yaşlı insan iştirak edib. Onlardan 191-i demensiyadan əziyyət çəkib. Bütün könüllülər 20 il ərzində fiziki güc, həmçinin, hafizə və koqnitiv bacarıqlarla bağlı testlərdən keçib. Sınaqda iştirak edən hər bir şəxs ölümündən sonra beyninin bir hissəsini tədqiqatlar üçün ianə etməyə razılaşıb. Orta ölüm yaşı 91 olub.

Ölümündən bir neçə il əvvəl hər bir könüllü biləyinə taxdığı xüsusi akselometrlə təchiz olunub. Cihaz mütəmadi olaraq istənilən səviyyədə aktivliyi ölçüb. Qeydə alınan göstəricilər əsasında tədqiqatçılar gündəlik aktivliyin orta səviyyəsini qiymətləndirib.

Məlum olub ki, oturaq həyat tərzi keçirən insanlarda demensiya hallarına daha çox rast gəlinib və onlar hafizə və düşünmə ilə bağlı testlərdə daha pis nəticə veriblər.

Fikizi aktivlik səviyyəsinin artımı demensiya riskini 31 faiz aşağı salıb. Tez-tez hərəkət edən insanlar daha yaxşı motor bacarıqlara malik olub və belə insanlarda demensiya riski 55 faiz daha aşağı olub.

Alimlər belə nəticəyə gəlib ki, fiziki tapşırıqlar, həqiqətən, beynin sağlamlıq səviyyəsini yaxşılaşdırır, hafizəni gücləndirir.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar