Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ Türkiyəyə qarşı müharibəyə BAŞLAYA BİLƏR - Dəhşətli SSENARİ AÇIQLANDI

Tarix: 15-01-2019 19:30     Baxış: 3309 A- / A+
ABŞ Türkiyəyə qarşı müharibəyə BAŞLAYA BİLƏR

Hərbi baxımdan Türkiyənin qarşısına çıxa bilməyən ABŞ yenə dollar silahını sarılır. Buna qarşı Türkiyənin İncirlik kartını irəli sürməsi lazımdır. Bu, ABŞ-ın geri addım atması üçün kifayətdir.
Bu sözləri ABŞ prezidenti Donald Trampın Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı – red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəni iqtisadi zərbə ilə təhdid etməsini şərh edən ekspertlər "Yeni Akit" nəşrinə bildiriblər.

"ABŞ hərbi baxımdan Türkiyənin qarşısına çıxmağa cəsarət edə bilməz. ABŞ-ın istifadə etdiyi yeganə kart iqtisadi hücumdur. Türkiyənin İncirlik kartı ABŞ-ın geri addım atması üçün kifayətdir. ABŞ hərbi hücumla müqayisədə iqtisadi hücumun daha çox zərər verəcəyini görür. Bu hücumu ötən ilin noyabrında yaşadıq. Dollar 7,2 lirə oldu. Eyni hücumu seçkilər ərəfəsində (martın 21-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək – red.) etmək istəyirlər. Türkiyənin zəif nöqtəsini çox yaxşı bildiyi üçün buradan vurmağa və nəticə almağa çalışırlar. "Mən çəkilirəm, amma burada yarı muxtar bir struktur qurdum, buna kimsə toxunmasın, Türkiyə heç ağlından keçirməsin. Yoxsa, peşman edərik", - deyirlər. Bu, onlar tərəfindən yaxşı hazırlanmış bir plandır. Digər tərəfdən, ABŞ-ın Türkiyədə bir çox bazası var. İncirlik bunların ən əhəmiyyətlisidir. ABŞ üçün bölgədə İncirlik bazasının alternativi yoxdur. Türkiyə Trampın təhdidlərinə qarşı "Mən də İncirlik bazasını dərhal bağlayaram", - deməlidir. ABŞ-ın Suriyada qurduğu bazalar onu əvəz edə bilməz. Çünki bazaların təhlükəsizliyi təmin edilə bilməz. İncirlikdə nüvə raketləri var. Birləşmiş Ştatlar bu raketləri Suriyadakı bazaya və ya başqa bir ölkədəki bazaya apara bilməz. Suriyada bir çox qrup var və və əgər onlardan biri ABŞ bazasındakı strateji silahları ələ keçirsə, ABŞ-ın nüfuzu beş qəpiklik olacaq. ABŞ-a İncirlik bazasının əhəmiyyətini incə şəkildə xatırladılmalıdır. Prezidentimiz "ABŞ-ın iqtisadi hücumu bizdən əvvəl İncirlik bazasını məhv edəcək. Belə bir cəhdi ABŞ rəhbərliyinə tövsiyə etmirəm", - söyləməsi kifayətdir. Başqa şərhə ehtiyac yoxdur, ABŞ bunun nə məna daşıdığını anlayacaq. Bəlli ki, bir ağıllı qrup Trampa belə bir cümlə qurdurub", - professor Mete Gündoğan bildirib.

Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) rəhbəri Mehmet Seyfəddin Erolun sözlərinə görə, ABŞ təhlükəsiz zona yaratmaqla burada muxtar dövlətin varlığını təmin etmək istəyir. O qeyd edib ki, ABŞ-ın hədəfi Suriyanın 32 kilometr dərinliyində kürd dövləti qurmaqdır:

"Bu, Türkiyə baxımından qəbul olunmayan milli təhlükəsizlik problemidir. Digər tərəfdən indiki təhdid, daha əvvəlki dollar hücumunun da ABŞ tərəfindən həyata keçirildiyinin etirafıdır. "Əvvəllər dollar silahından istifadə etdik və indi də istifadə edərik", - deyirlər Əslində, Tramp həmin əməliyyatla bu gün təhdidlə bəyan etdiyi iqtisadi hücumun alt strukturunu hazırladı. ABŞ uzun zamandır Türkiyəyə qarşı bir iqtisadi hücumun alt infrastrukturunu hazırlayırdı".

Ekspert bildirib ki, Türkiyə ABŞ-ın Yaxın Şərq layihəsinə rəğmən öz siyasətini həyata keçirir.

"Dollar əməliyyatı sonuncudan bir əvvəlki həmlədir. Əgər iqtisadi hücum nəticə verməsə, ABŞ müharibəyə gedə bilər. Bunu özü birbaşa etməyə bilər, amma Türkiyənin qarşısına Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının liderliyində bir güc çıxarması mümkündür", - Mehmet Seyfəddin Erol yekunlaşdırıb.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar