Xəbər lenti
Peskov Putinin pensiyasından danışıb
Rusiya prezidenti Vladimir Putin öz əməkhaqqını və hərbi təqaüdünü “Rossiya” bankının kartı ilə alır.
Manevr.az bildirir ki, bu barədə Rusiya rəhbərinin mətbuat katibi Dmitriy Peskov “Arqumentı i Faktı” qəzetində müsahibəsində deyib.
“İlk sanksiyalar tətbiq edilən zaman amerikalılar nəyə görəsə hesab etdilər ki, Krımın Rusiya Federasiyasına birləşməsinin başlıca günahkarları bizim bir sıra şirkətlər, o cümlədən, “Rossiya” Bankı olub. Məhz o zaman, prezident öz əməkhaqqının və hərbi təqaüdünün bu bankın kartına köçürülməsi haqqında qərar verib”, - deyə D.Peskov bildirib.
Kreml rəhbərinin prezident təqaüdünü katib dəqiqləşdirməyə çətinlik çəkib. O əlavə edib ki, V.Putin nağd puldan iki dəfədən çox olmayaraq, dağ xizək kurortunda kafeyə getdiyi zaman istifadə edir.
2017-ci ilin oktyabrında V.Putin yüksək dövlət məmurlarının əməkhaqlarının 2018-ci il üçün 10% azaldılması prosesinin uzadılması haqqında sərəncam imzalayıb. Bu azalma prezidentin özünə də şamil edilib.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar