Xəbər lenti
Aşpazlar gəlmədi: Tramp öz puluna ziyafət verdi
ABŞ Prezidenti Donald Tramp universitetlər arasında keçirilən Milli Futbol Çempionatının qalibi “Clemson Tigers” komandasını Ağ Evdə qəbul edib.
Manevr.az xəbər verir ki, komanda şərəfinə verilən ziyafətdə maraqlı anlar yaşanıb.
Belə ki, mətbuat nümayəndələri üçün ziyafətdən daha çox təqdim olunan yeməklər maraq doğurub. ABŞ hökumətinin qapalı olması Ağ Ev aşpazlarının öz hesabına məzuniyyətə çıxmasına səbəb olub. Belə olan halda isə ziyafəti təxirə salmaq istəməyən Tramp Ağ Evə yemək sifariş edib. ABŞ prezidenti qonaqlarına pizza, hamburger, salat və kartof qızartması təqdim edib. Ağ Evə təxminən minə yaxın hamburger sifariş edilib.
“Yeməklər Amerika istehsalı olanda xoşum gəlir. Bunların hamısı ABŞ məhsuludur. Hökumətimiz bağlı olduğu üçün sizə təqdim ediləcək bir şey yox idi, ancaq bir seçim vardı. Mən isə sizlərin salat sevməyəcəyini düşündüm. Aramızda yemək yeməyi sevən insanlar var. Güman edirəm ki, bir qədər əylənəcəyik”, - Tramp bildirib.
Tramp bütün sifarişlərin ABŞ-a məxsus qida firmalarına verilməsinə diqqət çəkib və ölkəsinin bütün markalarını çox sevdiyini söyləyib.
Ağ Ev sözçüsü Sara Senders ziyafətdə təqdim edilən bütün yeməklərin pulunu prezidentin şəxsən ödədiyini qeyd edib.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar