Xəbər lenti
Azərbaycan həsrətində qalan ermənilər
Naxçıvanla sərhəddə yaşayan ermənilər azərbaycanlı qonşuları üçün darıxıblar
Erməni portallarından birində Ermənistanın Naxçıvanla sərhədlərindəki kəndlərlə bağlı maraqlı material dərc edib. Portal yazır ki, kəndlilər yenidən azərbaycanlılarla görüşmək, dost olmaq istəyirlər. Qarabağ münaqişəsindən öncə olduğu kimi.
Xüsusi ilə yaşlı insanlar iki ölkə arasında ticarəti, bir-birlərinə necə kömək etmələrini yaxşı xatırlayırlar. Gənc ermənilərdən biri isə azərbaycanlıların nənəsini həyatını xilas etdiyini deyib.
“Biz illərlə birlikdə yaşamışıq. Bizim yaxınlarımız qonaq gəlmişdilər. Mən isə işdə idim. Azərbaycanlı qonşularımız isə mənim gəlməyimi gözləmədən onları öz evlərində qonaq etmişdilər. O vaxtlar çox yaxşı yaşayırdıq”, deyə erməni kəndlilərdən biri bildirib.
Məqalə müəllifi yazır ki, insanların yaddaşında xoş xatirələr qalsa da, münaqişənin uzanması azərbaycanlıları düşmənə çevirib. Məsələn, onlardan biri “mən ilk dəfə eşitdim ki, Azərbaycanın cəmi 100 yaşı var. Bakını isə ermənilər tikiblər” deyir.
Gənc kəndlilərdən biri isə deyib ki, müəllimləri böyük vətənpərvərdir və o nə azərbaycanlılar, nə də türkləri sevir.
Təəssüf ki, erməni ictimaiyyətinin beyni süni yolla yarandılan, düşmən obrazı yaratmağa hesablanan təbliğatla korlanıb. Amma ən maraqlısı odur ki, Ermənistanın dətrinliklərində bəziləri ümumiyyətlə ölkələrinin Azərbaycan torpaqlarını işğal etməsindən xəbərsizdirlər. Onlar bu barədə heç nə bilmirlər. Onlara bu gülməli gəlir - dost, qardaş ididlər, bir-birinə qonaq gedirdilər və birdən düşmən oldular.
Amma gec və ya tez erməni siyasətçilər də onların başqalarının torpalarının işğalı hesabına olan böyük Ermənistan iddialarının dostluq münasibətlərinə necə böyük ziyan vurduqları haqda vahid fikrə gələcəklər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar