Xəbər lenti
39 il sonra həbs edildi

39 il əvvəl axtarışa verilən italiyalı Sezar Battisti Boliviyada Interpol tərəfindən həbs edilib.
Battisti İtaliyada 1970-ci illərdə 4 fərqli cinayətə görə həbs edilmiş, 1981-ci ildə həbsxanadan qaçmağa nail ola bilmişdi. O, bir müddət Fransa və Meksikada yaşayıb. Braziliya 2010-cu ildə sabiq prezident Luiz İnasio Lula da Silva dövründə Sezar Battistiyə sığınacaq verib. Braziliyada 1 yanvarda vəzifəyə başlayan prezident Jair Bolsonaro isə cinayətkarın İtaliyaya təhvil ediləcəyini vəd etmişdi.
Qeyd edək ki, Braziliya polisi 2015-ci ildə Battistinin evinə basqın etmiş, lakin onu tapa bilməmişdi. Kommunizm üçün Silahlı Proletarlar (PAC) təşkilatının üzvü olmuş Sezar Battisti barəsində irəli sürülən ittihamları rədd edir.(qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar