Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan prezidenti maaşından niyə imtina edib?

Tarix: 14-01-2019 11:49     Baxış: 4242 A- / A+
Gürcüstan prezidenti maaşından niyə imtina edib?

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, maaşından imtian edir.

Manevr.az modern.az-a istinadla xəbər verir ki, prezident öz himayəsi altında ictimai fond yaratmağı, maaşını ora köçürməyi, fond vasitəsilə xeyriyyə tədbirlərinə xərcləməyi planlayır.

Hələ ki bunun hüquqi forması üzərində iş getdiyini deyən Zurabişvili ümid etdiyini bildirib ki, başqaları da ondan nümunə götürəcək.

66 yaşlı Zurabişvili həm Gürcüstan, həm də Fransa vətəndaşıdır. O, Fransada pensiya alır.

Prezident deyib ki, Fransa pensiyası ona dolanmaq üçün bəs edəcək.

Bundan əvvəl Zurabişvili Prezidentin Ehtiyat Fondunu ləğv etmişdi.

Həmin fonda dövlət büdcəsindən ayrılan 2 milyon dollar əvvəlki prezidentlərin dövründə onların himayə etdiyi müxtəlif layihələrə xərclənirdi.

Zurabişvili 2018-ci ilin prezident seçkilərində qalib gəlib. Gürcüstan tarixində ilk qadın prezidentdir.

O, Parisdə doğulub, Fransaya sığınmış siyasi mühacirlərin nəslindəndir.

Əvvəl Fransanın Gürcüstandakı səfiri olub.

2004-cü ildə o zamankı prezident Saakaşvili onu xarici işlər naziri təyin etmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar