Xəbər lenti
Ev tapşırığını həll edə bilməyən uşağını öldürdü - Tükürpədici hadisə - ŞƏKİL
Türkiyənin İsgəndərun vilayətinin sakini öz oğlunu xəstəxanaya çatdıraraq pilləkəndən yıxıldığını iddia edib.
Manevr.az xəbər verir ki, həkim müayinəsindən sonra uşağın bədənində küt alətlə zərbə izləri aşkarlanıb. Ardınca uşağın atası polis tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, Mehmet Ali Yılmaz 2012-ci ildə ailə qurduğu və sonradan boşadığı Gülistan Özgerdən olan oğlunu döyərək ağır xəsarətlər yetirib. Dindirmə zamanı Mehmet Ali Yılmaz bildirib ki, oğlunu ev tapşırığını yerinə yetirmədiyinə görə döyüb, amma öldürmək niyyəti olmayıb. Oğlunun vəziyyətini ağır olduğunu görən ata əvvəlcə ürək masajı ilə oğlunu xilas etməyə çalışıb, amma sonradan uşağı xəstəxanaya çatdırıb. 4 gün sonra isə uşaq xəstəxanada dünyasını dəyişib.
Məlum olub ki, ata öz oğlunu süpürgənin dəmir dəstəyi ilə döyüb. Kürəyindən aldığı zərbələr uşağın daxili orqanlarını zədələyib və ölümlə nəticələnib.
Atanın ifadəsi polisləri də şoka salıb: "Dərs öyrədirdim, amma tapşırıqları düzgün yerinə yetirmirdi, onu süpürgənin dəstəyi ilə döyməyə başladım, az sonra yerə yıxıldı, qorxdum, ürək masajı etdim, amma özünə gəlmədi. Sonra xəstəxanaya apardım".big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar