Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir? – FOTOLAR

Tarix: 12-01-2019 22:42     Baxış: 3215 A- / A+
Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir?

Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Vladimir Putin mobil telefondan istifadə etmir. Bunu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirirlər.

Manevr.az
ölkə.az-a istinadən müasir mobil telefonlardan istifadə edən dünya dövlətləri başçılarının siyahısını təqdim edir.
Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir?


ABŞ prezidenti

Prezidenti kimi fəaliyyətə başlamadan əvvəl Donald Tramp “Samsung Galaxy S3” mobil telefonundan istifadə edib. Prezident seçildikdən sonra təhlükəsizlik məsələsinə görə telefonundan imtina etdi. Hazırda Trampın hansı model mobil telefondan istifadə etdiyi dəqiq bilinmir. Ehtimal edilir ki, onun üçün “Apple” şirkəti tərəfindən xüsusi smartfon istehsal edilib. Bu mobil telefonun xüsusi özəllikləri var.
Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir?

Fransa prezidenti

Emmanuel Makrona qədər digər prezidentlərin danışıqlarının dinləndiyi barədə məlumat mətbuata sızdıqdan sonra, bütün mobil telefon danışıqları Fransa xüsusi xidmət orqanlarının nəzarəti altına keçib. Vacib danışıqlar üçün Makron “Thales” şirkətinin istehsalı olan smartfondan istifadə edir. Onun “Teorem” adlı mobil telefonu xüsusi qorunan rejimdə şifrəli işləyir. Məişət və adi danışıqlar üçün isə Fransa prezidentinin “Samsung” və “Apple” markalarına aid, xüsusi mühafizə sistemi olan mobil telefonları var.
Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir?

Şimali Koreya lideri

Kim Çen İnin texnologiyadan xoşu gəldiyi bilinir. Şimali Koreya liderinin masasında naməlum markaya məxsus mobil teelfon var. Bəzi məlumatlara əsasən, Tayvanın “HTC” şirkəti Kim Çen İn üçün xüsusi smartfon istehsal edib.
Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir?

Almaniyanın baş naziri

“BlackBerry” şirkəti dinlənməyə qarşı ən yaxşı istehsalçı sayılır. Angela Merkel də “Blackberry Z10” mobil telefonun sahibidir. Bu smartfonun ən əsas özəlliyi “Secusmart” kriptoçipidir. Almaniyanın kanslerinin arsenalından bundan başqa “Blackberry Q10” və “Nokia 6260” mobil telefonları da var.
Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir?

Britaniyanın baş naziri
Bu yaxınlara qədər Tereza Mey “Blackberry” mobil telefonundan istifadə edib. Şirkətin satışları aşağı düşdükdən sonra baş nazir “iPhone” modelinə keçid etdi. Təbii ki, Terezanın smartfonunun xüsusi mühafizə sistemi var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar