Xəbər lenti
Səkkiz il əvvəl itkin düşmüş Rusiya vətəndaşı Ekvadorda tapılıb

Səkkiz il əvvəl itkin düşmüş Rusiya vətəndaşı Ekvadorda tapılıb.
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, Maksim Baxaryev Ekvadorun paytaxtı Kitoda aşkar edilib. Səkkiz il əvvəl Maksim Baxaryev Ekvadora gəldikdən bir müddət sonra pulsuz və sənədsiz qalaraq evsizlər siyahısına düşüb. Onun ruhi vəziyyətində problemlər olduğu bildirilir. Sosial xidmətlərin nümayəndələri Rusiya səfərliyinə məlumat verdikdən sonra Maksim Baxaryevin Sankt-Peterburqda yaşayan valideynləri ilə əlaqə saxlanılıb və onun vətənə qayıtması təmin edilib. M.Baxaryevi Sankt-Peterburqda valideynləri qarşılayıblar.
Səkkiz il əvvəl itkin düşmüş şəxsin Ekvadora gəlməsinin səbəbləri məlum deyil.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar