Xəbər lenti
lll Dünya müharibəsi iki kiçik ölkənin döyüşü ilə başlayacaq – ŞOK PROQNOZ
Balkanlarda Rusiya və Qərb arasında yeni münaqişə alışa bilər.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, belə qənaətə "Business Insider Deutschland" nəşrində siyasi şərhçi Andreas Baumer gəlib.
Onun sözlərinə görə, 2018-ci ilin ikinci yarımilliyində Avropa İttifaqı Şurasına rəhbərlik edən Sebastyan Kurs Qərbi Balkanları Brüselə yaxınlaşdıra bilərdi, ancaq o, buna müvəffəq olmadı.
"Avropa İttifaqı rəhbərliyində Belqrad (Serbiya), Priştina (Kosova), Saraevo (Bosniya və Herseqovina) və Skopye (Makedoniya) ilə o qədər yaxşı əlaqələri yoxdur. Avropa müşahidəçilərinin əksəriyyətinin qiymətləndirməsinə görə, vəziyyət əvvəlki kimi mürəkkəb olaraq qalır. Əgər Avropa İttifaqından geniş maliyyə dəstəyi almasa, Qərbi Balkan dövlətləri sadəcə zəifləyəcəklər. İqtisadiyyatda və siyasətdə sabit qalmaq son dərəcə ağır olacaq. Bundan başqa, son aylarda Serbiya və Kosovo arasında köhnə münaqişə ağırlaşır. Və münaqişədə Serbiyanın protektoru – Rusiya yenə iştirak edir. Balkanlar yenidən barıt çəlləyi ola bilər", - Baumer qeyd edib.
Siyasi şəhrçi qeyd edir ki, Rusiya artıq tarixi səbəblərdən özünü serblərin protektoru hesab edir:
"Strateji maraqlara əsaslanaraq, Rusiya Qərbi Balkanın Avropa İttifaqına inteqrasiyasını pozmaq istəyir. Rusiya buna görə də Bosniyada və Herseqovinada serb tərəfi ilə sıx əlaqəni dəstəkləyir. Kreml Serbiyayla öz hərbi əməkdaşlığını dərinləşdirməyə həmişə hazırdır. Ölkə Kosovonun şəxsi ordunu yaratmaq niyyətini elan etdiyi bir vaxtda, Belqradı açıq-aydın dəstəkləyir. Rusiya BMT Təhlükəsizlik Şurasında ordunun yaradılması haqqında qərarı ləğv etməyi tələb edirdi. Bəs Avropa İttifaqı? Avropa İttifaqı tərəddüd edir və ləngiyir".
Baumer yazır ki, 1990-cı illərdə münaqişədə iştirak Qərb üçün asan idi:
"SSRİ-nin dağılmasından sonra Moskva zəiflədilmişdi və ABŞ tək super dövlət idi. Çoxları əmin idilər ki, gələcək Qərbə aiddir, həmçinin Balkanlarda. Amma Putin Rusiyanın regionda əsas qüvvə rolunu yenidən təmin etdi. Avropa təhlükə haqqında düşünməlidir. 1914-cü ildə Sarayevodakı qətl münaqişəni alovlandırmaq üçün kifayət etdi".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar