Xəbər lenti
Milyarder Trampın prezidentlikdən getməsinə 40 milyon dollar ayırdı
Milyarder ABŞ prezidenti Donald Tramp barəsində impiçment elan olunaraq, prezident kürsüsündən getməsi üçün 40 milyon dollar xərcləməyə hazırdır.
Manevr.az xəbər verir ki, indiyədək Donald Tramp barəsində impiçment elan olunması üçün 20 milyon dollardan artıq vəsait xərcləyən milyarder Tom Steyer mübarizəsinin əsas hədəfi 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək deyilmiş.
Bir sıra siaysi şərhçilər 2018-ci ilin oktyabrından etibarən Donald Tramp barəsində impiçment qoyulması kampaniyasına başlayan 61 yaşlı “Farallon Capital” İnvestisiya firmasının yaradıcısı, milyarder Tom Steyerin əsas hədəfinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdir və kampaniyanı da məhz buna görə başlayıb. Çünki milyarder Steyer ABŞ-ın bütün ştatlarındakı telekanlallarda prezident Donald Trampın fəaliyyətini tənqid edən “ölkəni nüvə maharibəsi ilə üz-üzə qoyub”, “konstitusiyanı pozaraq, xarici ölkələrdən pul alıb və mətbuatın fəaliyyətini dayandırmaqla hədələyib” kimi rolikləri nümayiş etdirib.
Siyasi şərhçilər onun bu fəaliyyətini nəzərə alaraq milyarderin növbəti seçkiləri hazırlığı kimi dəyərləndirib. Hətta o, seçkiöncəsi qərargah yaradaraq, ora seçkiqabağı menecer də təyin edib. Lakin Steyer bu günlərdə öz köməkçilərinə 2020-ci ildə keçriləck seçkilərdə Ağ Ev rəhbərliyi uğrunda mübarizə aparmayacağını bəyan edib. O deyib ki, Tramp barəsində impiçment elan olunması istiqamətindəki fəaliyyətini davam etdirəcək. Milyarder bu məqsədlə 2019-cu ildə 40 milyon dollar xərcləməyə də hazır olduğunu bildirib.
Trampın qəti əleyhdarı olan Steyer hələ 2016-ci ildə Demokratlar partiyasının prezident seçkilərindəki namizədinin qələbə çalması üçün 100 milyon dollaradək xərcləyib.
Bundan əlavə, Steyer ötən il demokratlara Konqresə keçirilən aralıq seçkidə 30 milyon dollar xərcləyib.
“Forbes” jurnalı Tom Steyerin varidatını 1,6 milyard dollar həcmində dəyərləndirir.avropa.ifo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar