Xəbər lenti
İranda ABŞ hərbçisi həbs olundu
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi ABŞ vətəndaşı Maykl Uaytın saxlanıldığını təsdiqləyib.
Manevr.az bildirir ki, XİN rəsmisi ABŞ vətəndaşının İranın şimal-şərqində, Məşhəd şəhərində saxlanıldığını deyib.
"İran Tehrandakı ABŞ Vətəndaşlarının maraqlarının qorunması Ofisi vasitəsilə Birləşmiş Ştatları ilk gündən Amerika vətəndaşının həbsi barədə məlumatlandırıb", - deyə Qasemi vurğulayıb.
"Daha əvvəl "The New York Times" ABŞ-ın Hərbi Hava Qüvvələrinin 46 yaşlı veteranı Maykl Uaytın İran həbsxanasında olduğunu xəbər verib.
Maykl Uayt 2018-ci ilin iyulunda qızına baş çəkmək üçün İrana gəlib. ABŞ-ın Kaliforniya ştatı sakininin nədə ittiham olunduğu məlum deyil.
ABŞ Dövlət Departamentindən bildirilib ki, M.Uaytın xaricdə saxlanılmasından xəbərdardırlar./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































