Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatın zorladığı azərbaycanlı qızdan üzücü xəbər

Tarix: 09-01-2019 22:22     Baxış: 3742 A- / A+
Deputatın zorladığı azərbaycanlı qızdan üzücü xəbər

İran parlamentinin deputatı Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun şübhəli ölümü haqda Birləşmiş Millətlər Təşkilatına (BMT) məlumat verilib.

Manevr.az
teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Güney Azərbaycan İnsan Haqları Cəmiyyətinin yetkilisi Jalə Təbrizi açıqlama yayıb.

O, Güney Azərbaycandan olan Zəhra ilə bağlı ingilis dilində hesabat hazırlandığını bildirib.

Bildirilib ki, Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin bu barədə hazırladığı hesabat BMT-yə təqdim olunub, mövzu ilə bağlı BMT-yə əlavə məlumat da göndəriləcək.

Qeyd edək ki, Zəhra Nəvidpurun yanvarın 6-da vəfat edib. 28 yaşlı qız Məlikan xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Bundan əvvəl onun millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalması haqda məlumat yayılmışdı. Lakin bu barədə məhkəmə araşdırmaları iddianı təmin etməyib. Zəhra isə dəfələrlə şikayətini geri götürməsi üçün millət vəkilinin adamları tərəfindən təhdid edilib və ölümlə hədələnib.

Hazırda İran parlamentinin İctimai Komissiyasının sədri olan Salman Xudadadi ötən illərdə ona müraciət edən bir qadın və öz katibəsinə təcavüz etməkdə ittiham olunub və bununla bağlı polis tərəfindən saxlanılsa da azad edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar