Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda çağırışçıları daşıyan avtobusa hücum oldu - VİDEO

Tarix: 09-01-2019 14:56     Baxış: 4260 A- / A+
Ermənistanda çağırışçıları daşıyan avtobusa hücum oldu - VİDEO


Ermənistanın paytaxtında hərbi çağırışçıları daşıyan avtobusa hücum olub.

Belə ki, hərbi hissəyə yollan çağırışçılarla bir qrup gənc arasında dava düşüb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, artıq həmin gənclərdən biri polis tərəfindən saxlanılıb, digərlərinin tapılıb cəzalandırılması istiqamətində əməliyyat tədbirləri keçirilir. Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.

8 yanvarda Kotayski hərbi komissarlığından çağırışçıları mərkəzi toplanış məntəqəsinə aparan avtobusa İrəvanda hücum olub. Oğlanlardan ibarət dəstə avtobusu əhatəyə alıb və söyüşlər söyərək qapıların açılmasını tələb ediblər. Gənclər yolda qəza vəziyyəti yaradıblar və avtobusa zərər yetiriblər. Biabırçılıq İrəvanda davam edib. İki gənc ayaqla vuraraq qapıları açıb və salona daxil olub. Onlar çağırışçıları müşayiət edən Nairinski hərbi komissarlığının inspektoruna qarşı zor tətbiq ediblər, sifətinə zərbələr endiriblər. Həmçinin sürücüdən salonu tərk etməyi tələb ediblər.

Quldurlaq qaçıb aradan çıxmağa çalışsalar da, bir neçə saat sonra, gecəyarısı 40 yaşlı Qor Razdan polisinə aparılıb. 23 yaşlı Merujan isə axtarışdadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar