Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

“İranda hicab məcburi deyil” – Vitse-spikerdən qəribə iddia

Tarix: 08-01-2019 13:08     Baxış: 3241 A- / A+
“İranda hicab məcburi deyil” – Vitse-spikerdən qəribə iddia

“Qadınların geyimlə bağlı sərbəst seçim haqlarının məhdudlaşdırılmasına edilən bütün etirazlara baxmayaraq, İranda hicab məcburi deyil”.

Manevr.az xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Əli Mütəhhəri deyib.

O qeyd edib ki, İranda hicabla bağlı konkret geyim forması müəyyən edilməyib:

“Şəxsən düşünürəm ki, bizdə məcburi hicab yoxdur. Əgər biz qadınlar üçün hicabın müəyyən bir formasını məcburi etsəydik, məsələn, qadınlara desəydik ki, “hamı başına yalnız qara çarşab salmalıdır”, o zaman bu hicabın məcburi olması demək olardı. Halbuki hazırda bizdə vəziyyət belə deyil və hicab məcburi sayılmır.

Hesab edirəm ki, hicab bir şəxsin və ya bir fərdin özünə aid bir məsələ deyil. Çünki hicaba riayət olunmaması cəmiyyətə ziyan vurar. Məhz buna görə də düşünürəm ki, hicaba riayət etmək lazım məsələdir. Mən bu cəmiyyəti yaxşı tanıdığıma görə deyə bilərəm ki, əgər bu gün biz hicab məsələsi barədə referendum keçirsək, əminəm ki, ölkə əhalisinin əksəriyyəti hicabın lehinə səs verəcək”.

Qeyd edək ki, son 1 ildə İranda hicaba etiraz etdiyinə görə, 40-dan çox qadın həbs edilib./teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar