Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Varlılar da “ağlayır”: Onlar 2018-ci ildə milyardlarla dollar itiriblər

Tarix: 06-01-2019 13:54     Baxış: 3234 A- / A+
Varlılar da “ağlayır”:

Dünyanın ən varlı biznesmenlərinin varidatları 2018-ci ildə 511 milyard dollar azalıb.
Bu barədə “Bloomberg” agentliyinin məlumatında deyilir.

Agentliyin analitikləri tərəfindən tərtib olunan “Bloomberg Billionaires Index”inə görə dünyanın ən böyük 500 sahibkarının ümumi kapitalları 4,7 trilyon dollara qədər geriləyib.

İqtisadçı təhlilçilərin dəyərləndirmələrinə görə, “Amazon”un sahibi Ceff Bezos bir ildə 53 milyard dollar itirib. Keçən ilin əvvəlinə qədər onun ümumi sərvəti 168 milyard dollar qiymətləndirilirdisə, hazırda bu rəqəm 115 milyard dollar təşkil edir.

Bütövlükdə “Bloomberg” agentliyinin ilk beşyüzlüyündə yer alan 173 amerikalı milyarder öz sərməyələrinin 5,9%-dən məhrum olublar. Onların birlikdə sərvəti təxminən 1,9 trilyon dollar təşkil edir.

Asiyanın ən iri biznesmenlərinin aktivlərində də 144 milyard dollar azalma müşahidə edilib.

Analitiklər avropalı milyarderlərin aktivlərinin dəyərlərinin azaldığını vurğulayıblar.

Məsələn, dünyanın məşhur təkər brendlərindən sayılan Almaniyanın “Continental AG” firmasının majoritar səhmdarları sayılan Şeffler ailəsinin göstəriciləri 17 milyard dollar aşağı düşüb.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar