Xəbər lenti
Şahzadə Harri Rusiyaya qarşı vuruşacaq- Hamilə xanımından ayrılıb ön cəbhəyə yollanır
Uels şahzadəsi Harri Britaniyanın Rusiyaya qarşı son 20 ildə keçirdiyi ən böyük hərbi təlimdə iştirak edəcək.
Bu məlumatı Krallıqdakı mənbəyə istinadən “Daily Mirror” media orqanı yayıb. Şahzadə Norveç dənizçiləri ilə birlikdə olacaq. Həmin təlimə min nəfər Britaniya hərbçisi də qoşulacaq.
“Daily Mirror” yazır ki, hazırda Qərblə Rusiya arasındakı münasibətlər Soyuq Müharibə dönəmindəki qədər gərgindir. Qərb Moskva tərəfindən Avropaya hərbi müdaxilə ola biləcəyini istisna etmir. Uels şahzadəsinin ön sırada yer alması Vladimir Putinə Britaniyanın bir mesajıdır: “Biz sizi geri oturtmaq gücündəyik”.
Təlimlərdə Rusiyanın ehtimal olunan hərbi müdaxiləsinə qarşı manevrlər həyata keçiriləcək. Təlimin Norveçdə keçirilməsi də təsadüfi deyil. Çünki bu ölkə şimal tərəfdən Rusiyaya daha yaxındır.
Saraydakı mənbə bildirib ki, 34 yaşlı şahzadə 37 yaşlı hamilə xanımından ilk uşağını gözləyir. Ancaq dənizçi-zabit olan şahzadə 12 həftə davam edəcək təlimlərdə öndə olmağı özünə borc bilib. Təlimdə ABŞ və Avropanın 8 min hərbçisi yer alır. Bu məlumatı isə Britaniyanın müdafiə nazirliyi verib.
Şahzadə Harri Əfqanıstanda “Apache” ("Uçan Tank") helikopterinin pilotu kimi xidmət edib. O vaxt onun talibançıları öldürməsi barədə xəbər yayılmışdı. O da deyilirdi ki, Taliban rəhbərliyi şahzadə Harrini əsir götürməyə çalışıb.
“Daily Mirror” bildirir ki, ötən ilki casus olaylarına görə (Serqey Skripal və qızı Yelena məsələsi) Moskva ilə London qanlı-bıçaq olub.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar