Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Maraqlı toy: bəylə gəlin 22 min uşağa yemək yığdılar

Tarix: 04-01-2019 22:06     Baxış: 3197 A- / A+
Maraqlı toy: bəylə gəlin 22 min uşağa yemək yığdılar

Yaxşı rəqs edə bilməsəm də, əşyaları qablaşdırmağı bacarıram.
Adam Klod xanımı Çara Cuno ilə birlikdə xeyriyyə fondunun binasında aclıqdan əziyyət çəkən uşaqlar üçün yemək dəstlərini qablaşdırarkən belə deyib.

Manevr.az
milli.az-a istinadən bildirir ki, ABŞ-ın Minnesota ştatındakı Kun Rapids şəhərində dünyanın ən maraqlı toylarından biri olub.

Təzə bəy Adam Klodla gəlin Çara Cuno çalışdıqları "Feed My Starving Children" xeyriyə fondunda idilər. Nikah mərasimindən sonra 70 qonaqla birlikdə fondun binasına gələn bəylə gəlin Syerra Leonedə aclıqdan əziyyət çəkən uşaqlar üçün 22 min yemək dəsti qablaşdırıblar.
Adamın dediyinə görə, belə ekstravaqant toy təklifini ona dostu, "Feed My Starving Children" fondunun inkişaf üzrə direktoru Cudi Uotk təklif edib.
"Bir qədər düşündük və ideyanın heç pis olmadığını anladıq. Vircin adalarına "bal ayı"na yollanmaq fikrimiz vardı. Lakin "bal ayı" üçün hazırladığımız pulu da uşaqlara yardıma sərf etmək qərarına gəldik. Toya dəvət etdiyimiz 70 qonaqdan da xahiş etmişdik ki, uşaqlara yardım üçün ianələr versinlər. İdeyamız gerçəkləşdi. Əla toy oldu", - Adam Klod deyib.
Toyda 100 min dollar yığılıb. Bu məbləğ Syerra-Leonedə 22 min uşağa bir il müddətində ərzaq dəstləri yollamağa yetərlidir.
Maraqlı toy: bəylə gəlin 22 min uşağa yemək yığdılar

Maraqlı toy: bəylə gəlin 22 min uşağa yemək yığdılar

Maraqlı toy: bəylə gəlin 22 min uşağa yemək yığdılar



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar