Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avstriya Avropada vahid ordu yaradılması ideyasını dəstəkləmir

Tarix: 03-01-2019 19:13     Baxış: 2199 A- / A+
 Avstriya Avropada vahid ordu yaradılması ideyasını dəstəkləmir
Avropaya vahid ordu deyil, birgə təhlükəsizlik və müdafiə siyasəti lazımdır.

Bu fikri Avstriyanın müdafiə naziri Mario Kunasek ölkəsinin Avropa İttifaqı Şurasına sədrliyinin yekunlarına dair müsahibəsində bildirib.

Nazir Avstriya Mətbuat Agentliyinin verdiyi müsahibədə qeyd edib ki, Avropanın vahid quruluşa malik ordu birləşmələri əvəzinə, ümumi təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa ehtiyacı var. Vahid ordu təklifi nəticədə vahid komandanlıq, uniforma və birgə hərəkət anlamına gəlir, lakin Avstriya kimi əbədi neytral dövlətin bu prinsiplə hərəkət etməyəcəyi aydın məsələdir.

M.Kunasek, həmçinin qeyd edib ki, ölkəsi ordu birləşmələrində vahid strukturların yaradılması, birgə missiyalarda iştirak, təlim-məşq toplanışlarının keçirilməsini dəstəkləyir, lakin bütün üzv ölkələrin silahlı qüvvələrinin vahid ordu halına gətirilməsinə etiraz edəcək. Onun sözlərinə görə, Avropa ölkələrinin NATO-dan məsafəli davranmasına gərək yoxdur. Əksər Aİ ölkələri onsuz da NATO üzvüdürlər və vahid ordu ilə bir sıra vacib məqamlarda paralel sistemlərin yaradılması məntiqsiz olardı.

Nazir ölkəsinin sədrliyi dövründə Avropa Müdafiə Fondu üçün 13 milyard avro vəsaitin ayrılmasını da Avropanın müdafiə siyasəti üçün mühüm addım adlandırıb. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar