Xəbər lenti
Qollarımı, ayaqlarımı bağladılar və... - Xanım deputatın başına gələnlər HAMINI AYAĞA QALDIRDI
Xorvatiya Milli Məclisində qadın millət vəkilinin şəxsi həyatından paylaşdığı xatirələr Balkan ölkələrindəki qadınları ayağa qaldırıb.
İvana Nincevic-Lesandrik adlı millət vəkili əksəriyyəti kişilərdən ibarət olan parlamentdə aborta getdiyi dövrdə keçirdiyi hissləri danışıb. "Qollarımı və ayaqlarımı bağladılar və aborta başladılar. Həyatımın ən çətin 30 dəqiqəsini yaşadım. Hər saniyəsini xatırlayıram. Bu durumu dəyişməyi düşünürsünüzmü və nə zaman?", - millət vəkili deyib.
Lakin xorvatiyalı parlamentarinin müalicə olunduğu xəstəxana ona qarşı qaldırılan ittihamları rədd edib.
Bu olaydan sonra ölkədə ginekoloq yanında və əməliyyat əsnasında ağrılı və alçaqca davranışlara məruz qalan yüzlərlə qadın yaşadıqlarını sosial media vasitəsilə paylaşaraq yeni hərəkatın əsasını qoyublar. Bir istifadəçi həkiminin ona müdaxilə etdiyi zaman "seksdəykən ağlamadın, indi də ağzını yum" sözlərini dediyini bildirib.
Xorvatiya Valideyn Haqları Qurumu RODA 400 qadının həyat hekayəsini bir araya toplayıb. İnsan haqları müdafiəçiləri də bu hekayələri Xorvatiyanın böyük şəhərlərindəki küçələrdə səsli formada oxuyub. Həmçinin, bu mətnlər Səhiyyə Nazirliyinə də göndərilib. Nazirlik isə sözügedən qadınların sayının çox az olduğunu söyləyib.
Xorvatiyada aparılan araşdırmaya görə, hər 3 qadından 1-nə ginekoloji müdaxilələr zamanı narkoz vurulmur. Bu müdaxilələrə abort, süni mayalanma və biopsiya da daxildir.
Lakin belə qadınların qəzəbi Xorvatiya ilə məhdudlaşmır. Qonşu ölkə Bosniya və Hersoqovinada 10 gün içində 300-dən çox qadın buna bənzər hekayələrini bölüşüb./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar