Xəbər lenti
Trampın seçilməsi ABŞ-ı dağıdır? - Kaliforniyalılar ABŞ-dan ayrılmaq istəyir

Kaliforniyada bu ştatın ABŞ-ın tərkibindən ayrılması üçün referendumun keçirilməsi ilə bağlı kampaniyaya start verilib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı sosial şəbəkələrdə təbliğat başlayıb və kampaniyaya dəstək verilməsi üçün "yescalifornia.org" saytı fəaliyyət göstərir.
Referendum tərəfdarları petisiya hazırlayıb təqdim etmək fikrindədirlər. Təşəbbüsçülərin fikrincə, lazımi sayda imza toplanacağı təqdirdə referendum 2019-cu ilin yazında keçirilə bilər.
Kaliforniya ştatının ABŞ-dan ayrılması barədə fikirlər Donald Trampin ölkə prezidenti seçilməsindən sonra yaranıb. Referendum kampaniyasının rəsmi Tvitter səhifəsində keçirilən sorğuda 16 mindən çox adam iştrak edib və onlardan 76 faizi ABŞ-dan ayrılmağa səs verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar