Xəbər lenti
İranlı diplomatın oturuşu qəzəb doğurdu: "Tərbiyəsizlik", "təhqir"...
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin bu yaxınlarda Əfqanıstana etdiyi rəsmi səfər çərçivəsində ölkənin sabiq prezidenti Həmid Kərzai ilə görüşündə oturuş forması əfqanları qəzəbləndirib.
Manevr.az xəbər verir ki, sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilən foto kəskin tənqid edilib.
Bir çox sosial şəbəkə istifadəçiləri Əli Şəmxaninin bu cür oturmasını “tərbiyəsizlik” və “təhqir” kimi dəyərləndirib. Bəzi istifadəçilər isə İranın yüksək səviyyəli dövlət məmurunun bu hərəkətinin diplomatik etiket qaydalarını pozduğunu deyirlər.
Digər qisim isə İranı təmsil edən şəxsin bu cür oturuş formasını Tehran diplomatiyasının “özünəməxsus üslubu” hesab edib.
Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani dekabrın son günlərində Əfqanıstana səfər edib. O, səfər zamanı İranın Əfqanıstana məlumat verməklə “Taliban” terror təşkilatı ilə danışıqlar apardığını və bu prosesin davam edəcəyini deyib.
Əfqanıstan Ali Sülh Şurasının üzvü Rəhim Yaqubinin sözlərinə görə, İran, Rusiya və sair ölkələr sülh danışıqlarında yalnız öz regional maraqlarını güdürlər./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar