Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dərbənd şəhərinin başçısı azyaşlı süpürgəçi oğlana ev bağışladı

Tarix: 30-12-2018 19:38     Baxış: 3200 A- / A+
Dərbənd şəhərinin başçısı azyaşlı süpürgəçi oğlana ev bağışladı

Dərbənddə qeyri-adi Yeni il əhvalatı baş verib. Çoxuşaqlı Həşimovlar ailəsinə şəhər rəhbərliyi tərəfindən mənzil hədiyyə edilib.

Manevr.az
virtualaz.org-a istinadən xəbər verir ki, 9 yaşlı Əmir Həşimov ağır vəziyyətdə yaşayan ailəsinə kömək etmək üçün hər səhər məktəbə getməzdən əvvəl şəhərin küçələrini süpürür.

Əmirin anası Nahidə Həşimova da süpürgəçidir və beş uşağını təkbaşına böyüdür. Əmir onun sonbeşiyidir. Ailənin öz evi yoxdur və buna görə də, şəraitsiz kirayə evdə yaşamağa məcburdur. Süpürgəçi maaşı ilə yaxşı ev tutmaq mümkün deyil.

“Evdə isti su və vanna yoxdur, buna görə də, uşaqları tasın içində çimdirirəm. Ev qızınmadığı üçün tez-tez xəstələnirlər. Böyük oğlum ağır xəstədir, pulun çox hissəsi dərmanlara gedir. Ən böyük arzumuz öz evimizin olmasıdır”, – Nahidə Həşimova jurnalistlərə deyib.
Dərbənd şəhərinin başçısı azyaşlı süpürgəçi oğlana ev bağışladı


Əmir böyüyəndə hərbi həkim olmaq arzusundadır. Lakin özünün etiraf etdiyinə görə, ən böyük istəyi böyüyən kimi yaxşı maaşı olan iş tapmaq və anasına şəraitli ev almaqdır. Bu reportaj şəhər rəhbərliyinin diqqətini cəlb edib.

Dərbəndin meri Xizri Abakarov 9 yaşlı Əmirlə görüşüb və bildirib ki, onu özünün ictimai köməkçisi təyin edir.

Bu gün isə Dərbənddən daha bir xoş xəbər gəlib. Şəhər rəhbərliyindən verilən məlumata görə, X.Abakarovun göstərişi ilə Həşimovlar ailəsinə yeni mənzil hədiyyə edilib. Bu hədiyyə büdcə vəsaiti hesabına edilməyib, pulunu adı çəkilməyən xeyriyyəçi ödəyəcək.

“Pul ayrılıb, Həşimovlar özlərinə uyğun mənzil seçirlər və Yeni ilə qədər bütün sənədləşmələr bitəcək, onlar 2019-cu ili yeni mənzillərində qarşılayacaqlar”, – şəhər rəhbərliyindən bildirilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar