Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Mübahisəli sənəd imzalandı – Ermənistanı qəzəbləndirəcək qərar

Tarix: 22-12-2018 14:39     Baxış: 2205 A- / A+
Mübahisəli sənəd imzalandı – Ermənistanı qəzəbləndirəcək qərar

Tacikistan Prezidenti Emoməli Rəhmon Belarusun KTMT baş katibi postuna namizəd göstərdiyi Milli Təhlükəsizlik Şurasının rəisi Stanislav Zasın bu vəzifəyə təyin edilməsini nəzərdə tutan sənədi imzalayıb.

Manevr.az
xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vafo Niyatbekzoda açıqlama verib.

O, Tacikistan prezidentinin Stanislav Zasın namizədliyini və bununla bağlı müvafiq sənədə imza atdığını bildirib.

Qeyd edək ki, Emoməli Rəhmon dekabrın 14-də Belarus nümayəndəsinin namizədini dəstəkləməyə hazır olduğunu açıqlamışdı.

Tacikistandan əvvəl müvafiq sənəd Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən də imzalanıb.

Qeyd edək ki, Ermənistanda barəsində cinayət işi açıldığına görə KTMT-nin baş katibi Yuri Xaçaturov vaxtından əvvəl tutduğu postdan uzaqlaşdırılıb və İrəvanın ittifaqdakı dönəm rəhbərliyinə xitam verilib. Buna baxmayaraq, rəsmi İrəvan postun Ermənistanda qalmasına təkid edir.

Digər üzv dövlətlərin namizədi isə Belarus nümayəndəsidir./teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar