Xəbər lenti
Ərdoğandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Trampla eyni fikirdəyik, ikisini də məhv edəcəyik
ABŞ prezidenti Donald Tramp ilə Suriya məsələsində bir çox nöqtədə eyni fikri paylaşırıq.
Manevr.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bütün etirazlarımıza baxmayaraq, Fəratın şərqində qurulmağa çalışılan terror dəhlizi bizi hər cür riski almağa itələyir. Barak Obamanın dövründəki problemlər Tramp üçün pis bir miras olaraq qaldı. Qarşıdakı aylarda Suriyada PKK və İŞİD-in qalıqlarını təmizləyəcək bir hərəkat tərzi izləyəcəyik. Bu gün Türkiyəyə diz çökdürmək dünəndə qat-qat çətindir”, - Ərdoğan söyləyib.
Xatırladaq ki, dekabrın 12-də Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesu Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib.
“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.
O dəqiqləşdirmişdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar