Xəbər lenti
Donald Trampın verdiyi qeyri-adi vədlər
Trampa görə Səddam Hüseyn və Muəmmər Qəddafinin olduğu bir dünya daha yaxşı olardı
ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp 2017-ci ilin yanvar ayından etibarən prezident fəaliyyətinə başlayacaq.
Manevr.az xəbər verir ki, Trampın seçkiqabağı kampaniyası dövründə səsləndirdiyi bəzi fikirlər və verdiyi vədlər böyük bir reaksiyaya səbəb olmuşdu.
Bunlardan bəzilərini təqdim edirik:
1. ABŞ su işgəncəsi və "digər güclü sorğulama üsullarından" istifadə etməlidir - Tramp su işgəncəsinin terrorçuların başkəsmə kimi qəddar üsullarının yanında heçnə olduğunu deyib.
2. İŞİD bombalanacaq - Donald Tramp seçkiqabağı çıxışlarında İŞİD-ə qarşı heç kimin olmadığı qədər çox sərt olacağını deyib.
3. Meksika ilə sərhəddə böyük bir divar hörüləcək - Tramp Meksika-ABŞ sərhədi boyunca böyük bir divarın hörüləcəyini və həmin divarın pulunun da Meksika tərəfindən ödəniləcəyini deyib. O, ABŞ-a girən meksikalıların cinayətkar olduğunu bildirib. BBC-nin təxminlərinə görə əgər həmin divar hörülsə bu işə 2.2 milyard ilə 13 milyar dollar arasında bir pul xərclənməlidir.
4. ABŞ-da qanunsuz yaşayan 11 milyon miqrant deportasiya edilməlidir - İddialara görə əgər Trampın dediyi kimi olsa ABŞ 114 milyard dollar ziyana düşəcək. Trampın miqrant siyasətinə görə, qanunsuz miqrantların uşaqları ABŞ-da doğulmasına baxmayaraq onların vətəndaşlıq haqlarına son veriləcək.
5. Putinlə hər şey yaxşı olacaq - Tramp CNN-ə verdiyi müsahibələrdən birində Putin və Obamanın yola getmədiklərini, amma özünün Putinlə çox güman ki, yaxşı yola gedəcəyini deyib.
6. Mövcud işsizlik statistikası yanlışdır - Tramp ABŞ-dakı real işsizlik rəqəminin 20 faiz olduğunu, hətta bu rəqəmin daha çox ola biləcəyini deyib. Rəsmi rəqəmlərə görə isə işsizlik 5.1 fazidir.
7. İqlim dəyişiklikləri ciddi deyil - Tramp “təmiz hava və təmiz su vacibdir” desə də, iqlim dəyişikliyi mövzusundakı xəbərdarlıqları ciddi qəbul etmədiyini deyib.
8. Trampa görə Səddam Hüseyn və Muəmmər Qəddafinin olduğu bir dünya daha yaxşı olardı - Tramp CNN-ə verdiyi müsahibələrdən birində diktatorların devrilməsindən sonra Liviya və İraqda vəziyyətin daha da pisləşdiyini deyib.
9. ABŞ-a gəlmək istəyən suriyalılar geri göndəriləcək - Tramp, özlərini müharibədən əziyyət çəkən qaçqın kimi göstərənlərin əslində terrorçu olduğunu iddia edərək, suriyalıların ölkəyə girişinin əngəllənəcəyini bildirib.
10. Müsəlmanlar ABŞ-a girməməlidir - Tramp çıxışlarından birində bütün müsəlmanların ölkəyə girişinə məhdudiyyət qoyulmasının vacib olduğunu deyib.
11. Abort əməliyyatına girən həkimlər cəzalandırılacaq - Tramp, MSNBC-ə verdiyi müsahibələrdən birində "abort qanunsuz elan edilsə abort edən qadınlar cəzalandırılmalıdır" desə də, daha sonra "qadınların yerinə əməliyyatı keçirən həkimlər cəzalandırılmalıdır" demişdi.
12. İraq diktatoru olmuş Səddam Hüseyn pis biri idi - Trampa görə Səddam qəddar biri idi, amma doğru etdiyi şeylər də var idi. Bunlardan biri də terrorçuları öldürməsi idi.
"Səddam bunu çox yaxşı bacarırdı" - Tramp
13. Silah saxlama ilə bağlı qaydalara yenidən baxılmalıdır - Trampa görə, bütün vətəndaşların silah əldə etməsi məsələsi normal qarşılanmalıdır və bu məsələyə yenidən baxılmalıdır. D.Trampa görə, əgər vətəndaşlarda silah olsaydı, 2016-cı ilin iyun ayında Floridadakı gecə klubunda baş vermiş hadisə yaşanmazdı.
"Əgər həmin gecə klubunda kimdəsə silah olsaydı, kluba hücum edən şəxsi başından vura bilərdi" - Tramp
Xatırladaq ki, gecə klubunda baş vermiş qətliam "11 sentyabr" hadisələrindən sonra ABŞ tarixində baş vermiş ən qanlı olay idi. Həmin hadisədə 50 nəfər həyatını itirmiş, 53 nəfər isə yaralanmışdı. Hadisəni Ömər Mətin adlı əfqan olan ABŞ vətəndaşı törətmişdi. (bizimyol.info)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar