Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Telekanalda prezidentlə selfi ölkəni qarışdırdı: "Rüsvayçı marş..." - VİDEO

Tarix: 21-12-2018 09:36     Baxış: 3378 A- / A+
Telekanalda prezidentlə selfi ölkəni qarışdırdı: "Rüsvayçı marş..."

Özbəkistanın məşhur "Bojalar" musiqi qrupunun ifasında "Prezidentimlə selfi" klipinin ZOR TV kanalında nümayişi böyük səs-küyə səbəb olub.

Manevr.az
xəbər verir ki, klip dövlət başçısına qarşı "rüsvayçı yaltaq marş" kimi dəyərləndirilib.

Musiqi sahəsində senzura funksiyasını yerinə yetirən "Özbəkkonsert"in Bədii Şurası klipin nümayiçinə razılıq vermədiyini bildirib.

Qeyd edək ki, klipdə prezident Şövkət Mirziyayevin portreti fonunda tamaşaçılar dövlət başçısı ilə selfi çəkdirməyə dəvət olunurlar.

"Bojalar" qrupunun rəhbəri Cahangir Pozilcanov 4 uşaqla portretin qarşısında peyda olub deyir: "Bu gün mən və uşaqlarım öz prezidentimizlə selfi çəkdirmək istəyirik. Mənim təklifimə qoşulmaq istəyən varsa, eyni qaydada selfi çəkdirib onu İnstaqram səhifəsindəki "Prezidentimlə selfi" heşteqinə yerləşdirsin".

Daha sonra Şövkət Mirziyayevin müxtəlif dövlət rəhbərləri, siyasi xadimlər, vətəndaşlarla görüşünü əks etdirən kadrlar ekrana gəlir.

Prezident Administrasiyası dövlət başçısının obrazından musiqi parçasında istifadə üçün rəsmi icazə alınmadığını bəyan edib. "Özbəkkonsert" də klipin efirdə nümayişi üçün analoji qərarın olmadığını bildirib.

Özbəkistanda 2017-ci ilin iyul ayından efirə verilən mahnı və videokliplərə "Özbəkkonsert" nəzarət edir./teleqraf.com




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar