Xəbər lenti 
					
 
		"Rusiya Ukraynaya hücum üçün fakt toplayır"

Krımdakı son hadisələr Rusiyanın Ukraynaya qarşı apardığı hibrid müharibəsində yeni dalğadır.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ölkənin ilk prezidenti Leonid Kravçuk söyləyib.
Onun sözlərinə görə, Rusiya fakt ehtiyatı toplayır ki, lazım olan anda aqressiv məqsədləri üçün istifadə etsin:
“Bu, hibrid müharibəsinin yeni dalğasıdır. Mən narahatam. Ona görə ki, gərginliyin artması variantı hələ də istisna deyil. Dünənki hadisələr Rusiyanın aqressiv fəaliyyəti üçün yeni imkanlar yarada bilər. Nəzərə almaq lazımdır ki, Putin bizə genişmiqyaslı cavab söz verib. Bir müddət sonra Ukraynanın müstəqilliyinin 25 illiyi olacaq. Rusiya istəmir ki, müstəqilliyimizin 25 illiyinə həsr edilən bayram tədbirləri rahat keçsin”.
Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terror törədilməsinin qarşısını aldığını bəyan edib. FTX bu terroru ukraynalı diversantların törətməyi planlaşdırdığını bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Ukraynanı terrorizmdə günahlandırıb.
Ukrayna bu ittihamların heç birini qəbul etməyib. Bəzi ukraynalı siyasətçilər bunu FTX-nin təxribatı adlandırıblar.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















