Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bərzanidən iranlı generalın ittihamlarına yazılı cavab

Tarix: 08-11-2016 21:59     Baxış: 4472 A- / A+
Bərzanidən iranlı generalın ittihamlarına


İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri M.Bərzani iranlı general Səfəvinin açıqlamasına təpki göstərib.

Manevr.az Strateq.az-a istinadən xəbər verir ki, yazılı cavabda deyilir:

"Kürd Muxtariyyətinin təməl siyasəti qonşu ölkələr və xüsusilə də İran İslam Respublikası ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdir. Bölgənin etibar və sabitliyinə köməkçi olacağımıza və başqa ölkələrin də daxili işlərinə qarışmamaq istiqamətində öhdəliklərimiz var".

Daha sonra bəyanatda deyilir:


"İraq Kürd Bölgə Muxtariyyəti və İranın əlaqələri ortaq tarixdən qaynaqlanar. İran dövləti və xalqına çətin günlərdə xalqımıza dəstək verdiyi üçün təşəkkür edir, bu yardımları da heç zaman unutmuruq. Xüsusilə İŞİD-li terroristlərə qarşı mübarizədə də bölgə xalqı və peşmərgə güclərinə dəstək verən İran və digər ölkələrə minnətdarlığımızı çatdırırıq".

M.Bərzani yazılı bəyanatında Tehran və Ərbil arasında ixtilafları aradan qaldırmaq məqsədi ilə işçi qrupun yaradıldığını bildirib.

Həmin qrup general Səfəvinin bəyanatındakı iddia ilə bağlı artıq araşdırmaya başlayıb.

Xatırladaq ki, noyabrın 7-də İran generalı Yəhya Səfəvi İraqın şimalında M.Bərzaninin Səudiyyə Ərəbistanı konsulluğu ilə şübhəli əlaqələrə malik olduğunu açıqlayıb. "Bərzaniyə İran əleyhdarlarını silahlandırmağa icazə verməsi ilə bağlı xəbərdarlıq edirik. O, iranlılara borclu olduğunu bilməlidir. Əgər bu siyasi oyuna girsə, bundan sonra İranın ona kömək edəcəyi şübhəlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar