Xəbər lenti
ABŞ bu ölkəyə də təzyiqə başladı: Rusiyadan imtina et
ABŞ-ın Energetika naziri Rik Perri Macarıstan hökumətini başqa layihələr üçün Rusiya enerjisindən imtina etməyə çağırıb. ABŞ-ın bu addımları Macarıstan mətbuatında təzyiq kimi qiymətləndirilib.
Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibi Bertalan Havaşinin verdiyi məlumata görə, V. Orban və R.Perri ilə görüşündə Mərkəzi Avropanın energetika problemlərini, habelə Macarıstan ilə ABŞ arasında ikitərəfli əlaqələri müzakirə edib. Macarıstan hökumətinin başçısı vurğulayıb ki, Rusiya qazından imtina etmək deyil, əksinə, enerji təchizatını şaxələndirmək istər Macarıstanın, istərsə də Mərkəzi Avropanın fundamental maraqlarına cavab verərdi.
R.Perri deyib ki, Vaşinqton Mərkəzi Avropada Rusiya qaz kəmərinin tikintisi əleyhinədir və o, Macarıstanın layihədə iştirak etməsini istəmir. Bazarın sürətlə inkişaf etdiyini bildirən R. Perri enerji təchizatının şaxələndirilməsi ilə yanaşı, sıxılmış təbii qaz infrastrukturu qurmağı tövsiyə edib.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto məlumat verib ki, Xorvatiyanın Krk adasında sıxılmış təbii qaz terminalı, habelə Qara dənizdə qaz yataqları Macarıstan üçün həll yolu ola bilər. Bununla belə, Krk adasından sıxılmış təbii qaz almaq hazırda baha çox başa gələcək, Qara dənizdəki ehtiyatlara yol tapmaq isə investisiya qərarları ilə şərtlənir.
Nazir əlavə edib ki, ənənəvi enerji mənbələri Macarıstan üçün əhəmiyyətlidir. Amma o, gileylənib ki, Mərkəzi Avropa Rusiyadan qaz idxal etdiyinə görə hesabat verməli olduğu bir vaxtda, Qərbi Avropa Moskva ilə böyük enerji sazişi hazırlayır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar