Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Çin təslim oldu: ABŞ “ticarət müharibəsi”ni qazandı

Tarix: 02-12-2018 12:48     Baxış: 2300 A- / A+
Çin təslim oldu: ABŞ “ticarət müharibəsi”ni qazandı

Çin ABŞ-la ticarət kəsirini azaltmaq üçün sonuncudan “olduqca böyük həcmdə” məhsul almağa razılıq verib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders prezident Donald Tramp və Çin rəhbəri Si Tzinpin arasında 2,5 saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

Razılığa əsasən Çin ABŞ-dan kənd təsərrüfatı, energetika, ağır sənaye və digər sahələrə aid olan böyük miqdarda məhsul alacaq. Bu anlaşma kənd təsərrüfatı məhsullarına dərhal tətbiq ediləcək.

Bunun əvəzində isə Donald Tramp 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək, Çin mallarına aid edilən rüsumların 10%-dən 25%-ə qədər çıxarılması barədə fərmanının icrasını təxirə salacaq. Sandersin sözlərinə görə, əvvəlki rüsumlar rəsmi Vaşinqton və Pekin arasında tam razılıq əldə olunana qədər 90 gün ərzində qüvvədə qalacaq.

Xatırladaq ki, 2018-ci ildən bu yana ABŞ və Çin arasında əsl ticarət müharibəsi gedir. ABŞ Çindən alınan 250 milyard dollarlıq həcmdə bütün əmtəə nişanlarına əlavə gömrük rüsumlar tətbiq edib. Buna isə Çin ABŞ-dan gətirilən 110 milyard dollarlıq həcmdəki əmtəələrə eyni rüsumlarla cavab verib.

Tramp hakimiyyətə gəldiyindən bu yana iki ölkə arasındakı ticarət kəsirinin(Çinin xeyrinə 181 milyard dollar)həddindən artıq böyük olmasından şikayətlənir. /musavat.com


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar