Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Çində DNT-si dəyişdirilmiş körpələr doğulub

Tarix: 02-12-2018 10:56     Baxış: 2218 A- / A+
Çində DNT-si dəyişdirilmiş körpələr doğulub

Çinli alim He Jiankui bəyan edib ki, süni mayalanma prosedurundan əvvəl insan embrionlarına müdaxilə edib və bunun nəticəsində iki DNT-si dəyişdirilmiş iki körpə dünyaya gəlib.

Bununla bağlı “Associated Press” məlumat yayıb.

Çinli gen alimi Honqkokda təşkil edilən İsnan Genomunun Təşkil edilməsi Beynəlxalq zirvəsinə qatılıb. O, konfrans başlamadan öncə təşkilatçıların yanına gedib və tarixdə ilk dəfə insan embrionundakı DNT-ləri dəyişdirdiyini deyib.

Bundan sonra Çində hüquqi araşdırmalara başlanılıb və genlərlə bağlı bütün sınaq tədqiqatları keçici olaraq yasaqlanıb.

Alim “Associated Press”ə verdiyi açıqlamada süni mayalanma yolu ilə ana olmaq istəyən yeddi qadında bu proseduru həyata keçirdiyini deyib.

Nəticədə sağlam bir anadan və HİV virusu daşıyan bir atadan DNT-si dəyişdirilmiş əkiz qızlar dünyaya gəlib.

Alim deyib ki, uşaqlardan CCR5 genini çıxarıb və bu, onlarda HİV virusuna qarşı ömürlük müqavimət yaradıb.

Prosedurun ailənin icazəsi ilə həyata keçirildiyini deyən elm adamı etik səbəblərdən ailənin adını verə bilməyəcəyini qeyd edib.

Çin Sağlamlıq və Planlı Doğuş Komitəsi alimin təcrübələrini qanunsuz apardığını bəyan edib. 100-ə qədər məsləkdaşı da ona qarşı çıxıb, bunun təxmin edilməz pis nəticələrə gətirəcəyini bildiriblər./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar