Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zurabişvilidən Saakaşviliyə ağır ismarıc

Tarix: 30-11-2018 13:05     Baxış: 2229 A- / A+
Zurabişvilidən Saakaşviliyə ağır ismarıc

Saakaşvili Gürcüstana yad adamdır.

Bunu BBC-nin Rusiya xidmətinə müsahibəsində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili deyib.

“Mixail Saakaşvilinin geri dönmək üçün məndən xahiş edəcəyinə şübhə edirəm. Ona görə ki, ilk növbədə ona qarşı açılan cinayət işini həll etməliyik. Bu, vətəndaşlıq məsələsi deyil, ilk növbədə ədalətin təcəssümü məsələsidir.

Onun polis, hərbçiləri xalqın tərəfində yer almağa səsləyən dünənki və bugünkü bəyanatları arasında aydın problemlər var. O, bu ölkə ilə əlaqəsini itirib. Bugünkü gün o, ölkədə destabilizasiyaya səsləyən əcnəbidir. Bu ölkənin hazırda ehtiyacı olmadığı ən böyük şey qeyri-stabillikdir. İnsanların seçkidə verdiyi səslər stabillik və Gürcüstanın Avropa gələcəyi üçün idi. Məhz buna görə mən buradayam”, – deyə o bildirib.

O, bu seçkinin Vaşadze ilə onun arasında yox, İvanişvili ilə Saakaşvili arasında keçirilməsi iddialarına da aydınlıq gətirib:

“Bu, Avropa diplomatıyla sovet diplomatı arasındakı seçimdir. Bu həmçinin insanlara qarşı sərt rejim olan keçmiş Saakaşvili ilə başında İvanişvilinin dayandığı Gürcü Arzusu arasındakı seçim idi”./axar.az


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar