Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Əşyaları görünməz edən yeni texnologiya yaradıldı

Tarix: 30-11-2018 06:37     Baxış: 2228 A- / A+
Əşyaları görünməz edən yeni texnologiya yaradıldı

İspaniyanın Estremadur Universitetinin tədqiqatçılarının apardığı yeni işdə bir sıra obyektləri görünməz edən materialların elektromaqnit xüsusiyyətləri öyrənilib.

Manevr.az xəbər verir ki, layihənin ideyası görünməzliyə kənar örtüklə deyil, aşqar materiallar vasitəsilə nail olmaqdan ibarətdir. Tərtibatçıların sözlərinə görə, görünməz örtüklər yaratmağa imkan verən əksər üsullar işığı obyektin ətrafından keçməyə məcbur edən müəyyən materialların qeyri-adi xüsusiyyətlərindən istifadə edir. Bu metodu aşqarların köməyi ilə həyata keçirmək mümkün deyil, çünki obyekt işığın təsirinə məruz qalır və istənilən halda onunla əlaqəyə girməyə məcbur olur. Yeni tədqiqat obyekti və onun aşqarını eyni anda görünməz edən plazmonik maskalanmadan istifadəni nəzərdə tutur.

Üsul kənar qurğudan istifadə etmədən obyektin daxildən görünməzliyinə nail olmağa imkan verir. Bundan başqa, aşqarlardan istifadə edilməklə görünməzlik obyektə kənar maskalanmaya mane olmadan öz mühiti ilə təmasa şərait yaradır. Hazırda texnologiya yalnız kiçikölçülü obyektlərlə işləyir, lakin tədqiqatçıların fikrincə, gələcəkdə texnologiyanın təkmilləşdirilməsi üçün perspektivlər ümidvericidir./teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar