Xəbər lenti
İŞİD-in "mühasibi" xəzinədən milyonlarla dolları oğurlayaraq İraqdan qaçıb

İŞİD-in 5 yüksək rütbəli komandiri qruplaşmanın xəzinəsindən milyonlarla dollar oğurlayaraq İraqın Naynava əyalətindən qaçıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
“Qruplaşmanın mühasibi kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və 4 yüksək rütbəli komandir milyonlarla dolları oğurlayaraq qaçıblar”, - deyə mənbə bildirib.
Komandanlıq onların tutularaq edam edilməsinə dair göstəriş verib.
Məlumata görə, xəzinədən oğurluq edən silahlılar Təl-Əfər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































