Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ohanyanın arvadı kabinetsiz qaldı: nazir hədələdi

Tarix: 04-11-2016 21:19     Baxış: 3567 A- / A+
 Ohanyanın arvadı kabinetsiz qaldı:


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanla bağlı yeni qalmaqal gündəmə gəlib.

Axar.az xəbər verir ki, bir müddət əvvəl adı Prezident Serj Sərkisyanın arvadı Rita Sərkisyanla qalmaqalda hallanan Ruzanna indi də müşaviri olduğu Səhiyyə naziri Levon Altunyanın qəzəbinə gəlib.

Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandıran Altunyan bildirib ki, əgər Ruzanna Xaçatryan işə gəlmək istəmirsə, onu çıxartmağa hazırdır. Jurnalistlərin Ruzanna Xaçatryanın kabinetinin əlindən alınması ilə bağlı sualı cavablandıran nazir dolayısı ilə bu faktı təsdiqləyib:

“Nə Ruzanna Xaçatryanın, nə də Levon Altunyanın kabineti var, o kabinetlər dövlətə məxsusdur və orada dövlət məmurları əyləşir. Mən ümumi işə xeyir verə bilən bir şəxslə işləmək istəyirəm. Ruzanna Xaçatryanla işləməmişəm və onun hansı xeyir gətirə biləcəyini də bilmirəm”.

Xatırladaq ki, Ruzanna Xaçatryanın ərinin istefasından sonra Səhiyyə Nazirliyində sıxışdırıldığı, kabinetinin əlindən alındığı və buna görə də işə gəlmədiyi bildirilir. Buna baxmayaraq, Xaçatryan hələ ki, işdən çıxmaq haqda ərizə yazmayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar