Xəbər lenti
“Əyil, ayaqqabımdan öp” - Polis idarəsində ictimai fəala deyiblər
Ermənistan parlamentinin insan haqları və büdcə komissiyalarında İnsan Haqları Müdafiəçisi ofisinin gələn ilə büdcəsi müzakirə olunanda Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının sədri Naira Zohrabyan ombudsman Arman Tatoyana sual verib ki, bu ilin iyul hadisələri vaxtı bir çoxları nümayişdə yalnız iştirak etmişdi, onları isə həbs etdilər. Həbsdə isə Davidaşen polis idarəsində ictimai fəal David Sanasaryanı alçaldıblar.
Ona deyiblər ki, “əyil, ayaqqabımdan öp”. “Bu hadisə ilə bağlı sizin və bizim bəyanatlardan sonra vəziyyət necədir?”-deputat soruşub.
Tatoyan deyib ki, iyulda insanları doğrudan da kifayət qədər əsas olmadan tuturdular. David Sanasaryan və digər ictimai fəallara qarşı alçaltmalar barəsində Xüsisi İstintaq Xidməti cinayət işi açıb. Bu barədə hələlik yalnız budur. Bunu yazan Aravot qəzeti qeyd edir ki, cavab Zohrabianı qane etməyib. O deyib ki,aradan keçən vaxt məsələni araşdırmağa kifayət idi.(virtualaz.org)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar