Xəbər lenti
14 dəfə cek-potu udan riyaziyyatçı düsturu açıqladı
Riyaziyyatçı Stefan Mandel bu günə qədər fərqli ölkələrdə 14 dəfə cek-potu udub.
Manevr.az xəbər verir ki, Mandel qələbəsini təmin edən düsturu açıqlayıb.
Rumıniya və Avstraliya vətəndaşı olan Stefanın yaratdığı üsulla cek-potu qazanmaq mümkündür. Amma bunun üçün minlərlə sərmayəçinin dəstəyi lazımdır.
“BBC Türk”ün xəbərinə istinadən, riyaziyyatçının düsturuna əsasən, 6 şərti yerinə yetirməklə 6 cek-potdan beşini qazanmaq mümkündür. Düstur aşağıdakıdır:
Ehtimal edilən variantların sayını hesablayın;
Lotoreyada cek-pot miqdarının bunun ən az 3 dəfə artıq olacağı anı gözləyin;
Hər variant üçün pul ödəyəcək adam tapın (Mandel Virciniya lotoreyası üçün 2524 nəfərin yardımından istifadə edib);
Hər versiya üçün lotoreya oynayın və kuponları alın;
Kuponları lotoreya satılan dükana aparın;
Cek-potu qazanın, sizə kömək edənlərə pullarını ödəyin.
Qeyd edək ki, Mandel 1987-ci ildə 1.3 milyon dollarlıq cek-pot qazansa da, ona cəmi 97 min dollar pul qalmışdı./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar