Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qardaş ölkədən QÜRURLANDIRAN HƏMLƏ: Türkiyə qlobal gücə çevrilir

Tarix: 09-11-2018 12:04     Baxış: 3265 A- / A+
Qardaş ölkədən QÜRURLANDIRAN HƏMLƏ: Türkiyə qlobal gücə çevrilir

Şərqi Aralıq dənizində gərginliyin artdığı bir vaxtda Ankaradan strateji addımlar gəlir.

Manevr.az xəbər verir ki, Türkiyənin Dəniz Qüvvələri Komandirliyi şaquli enib qalxa bilən “F-35B” beşinci nəsil qırıcılarının alınması üçün tələbnamə hazırlayıb.

Xəbərə görə, 100 ədəd “F-35A” modelinə əlavə olaraq, təyyarədaşıyan gəmilərdə istifadə edilməsi üçün qısa müddətdə qalxıb enə bilən 16 ədəd “F-35B” qırıcısı sifariş verilib. “F-35B”-ləri dəniz pilotları idarə edəcək. Bunun üçün Türkiyə Dəniz Qüvvələri tərəfindən qurulan Dəniz Təyyarə Məktəbindən pilot təlimləri başladılıb.
Qardaş ölkədən QÜRURLANDIRAN HƏMLƏ: Türkiyə qlobal gücə çevrilir


Hazırda milli imkanlarla hazırlanan çoxməqsədli hücum gəmisi “TCG Anadolu”nun istehsalı 2021-ci ildə tamamlanaraq Dəniz Qüvvələrinə təslim edilməsi gözlənilir. “TCG Anadolu”dan sonra ikinci milli təyyarədaşıyan “TCG Trakya”nın istehsal prosesi başlanacaq.

Silah arsenalına beşinci nəsil qırıcılar və təyyadaşıyan gəmilərinin daxil edilməsindən sonra Türkiyənin qlobal güc olacağı bildirilir./publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar