Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni radikallar hakimiyyətin zorla dəyişdirilməsini planlaşdırırlar

Tarix: 03-11-2016 11:55     Baxış: 4472 A- / A+
Erməni radikallar hakimiyyətin zorla dəyişdirilməsini planlaşdırırlar
Onlar bunun üçün silahlı müqavimətə belə hazır olduqlarını bəyan ediblər
Ermənistanın radikal “Təsisedici parlament” hərəkatı və “Sasna tsrer” təşkilatının siyasi şurası ölkədə hakimiyyətin dəyişdirilməsi üçün yeni “yol xəritəsi” hazırladıqlarını bəyan ediblər.

Manevr.az-ın verdiyi xəbərə görə, “Təsisedici parlament”in nümayəndəsi Alek Yeniqomşyan bu planın həmçinin yeni respublikanın yaradılmasını nəzərdə tutduğunu bildirib.

“Müstəmləkədən qurtulma və suverenliyin bərpası, Qarabağın Ermənistanın “konstitusion” sərhədlərinə de-yure olaraq birləşdirilməsi və həyat qabiliyyətli dövlətin qurulması. Yalnız hakimiyyət devrildikdən sonra bu 3 məqsədin gerçəkləşməsi halında biz yeni, milli erməni respublikasına malik olduğumuzu söyləyə bilərik”, - Yeniqomşuyan jurnalistlərə bildirib.

A.Yeniqomşuyanın sözlərinə görə, indiki iqtidar dövlətin və xalqın maraqlarının əleyhinə hərəkət etdiyi üşün Ermənistanda hakimiyyətin dəyişdirilməsi labüddür.

O, 2017-ci ilin yazında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəklərini, çünki seçkilərin onsuz da saxtalaşdırılacağına əmin olduğunu söyləyib.

Yeniqomşuyan bu səbəbdən vətəndaş itaətsizliyi aksiyaları keçirəcəklərini qeyd edib. Erməni radikalın sözlərinə görə, iqtidar güc tətbiq etsə, onlar da eyni üsulla cavab verəcəklər.

“Dəyişikliklərə demokratik yollarla nail olmaq mümkün olmadığı təqdirdə, xalqın üsyan yolu ilə hakimiyyətin dəyişdirilməsinə ədalətli və legitim hüququ var”, - Yeniqomşuyan söyləyib.
Onun sözlərinə görə, yeni respublikanın qurulması üçün “yol xəitəsi” işlənib hazırlanmaqdadır və bu prosesə “Təsisedici parlament”in həbsdə olan lideri Jirayr Səfliyan da qoşulacaq. Hakimiyyət dəyişdidikdən sonra isə radikallar yeni Konstitusiyanın qəbul ediləcəyini bildiriblər.

Jurnalistin xalq küçələrə çıxmazsa və hakimiyyət dəyişikliyinə dəstək verməzsə o zaman radikalları nə edəcəyi barədə sualına “Təsisedici parlament”in siyasi şurasının üzvü Armenak Kürəkyan belə cavab verib:

“Yeni başlamaqda olan istənilən milli azadlıq hərəkatında liderlər və sadiq tərəfdarları olur. Onlar işin alınıb-alınmayacağına baxmazlar, çünki öz nümunələrində nəyin necə olacağını göstərə bilirlər. İnsanlar belə bir nümunənin ətrafında toplanmalıdırlar, əks təqdirdə belə çıxır ki, erməni xalqı hələ uzun müddət bu cür Ermənistanda yaşamağa razıdır.”

Alek Yeniqomşuyan hakimiyyəti dəyişdirdikdən sonra Ermənistanı Avrasiya İqtisadi ittifaqı və KTMT kimi təşkilatlardan çıxaracaqlarını, Rusiya ilə imzalanan və Ermənistanın maraqlarına uyğun gəlməyən müqavilələri ləğv edəcəklərini bildirb.

Ermənistanın hakim “Respublika” partiyasının parlament fraksiyasının katibi Qaqik Melikyan “Sasna tsrer”in bu bəyanlarını şərh etməkdən boyun qaçırıb. Deputatın sözlərinə görə, bu adamlar xalis terrorçulardır.

“Sasna tsrer” terrorçu təşkilatı öz fəaliyyətinə nəzarət etməlidir. Mən hansısa terrorçu təşkiatın bəyanlarının şərhə layiq olduğunu fikriləşmirəm və düşünürəm ki, bu adamlar ciddi surətdə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”, - Qaqik Məlikyan “Azadlıq” radiosunun Ermənistan bürosunun sualına cavab verib. musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar