Xəbər lenti
Rusiyadan SOS : “HİV infeksiyasi ölkəni isğal edir”
HİV (insanın immun çatışmazlığı virusu) epidemiyasının yayılma tempinə görə Rusiya və Ukrayna Şərqi Avropa ilə Asiya ölkələrini qabaqlayır.
Manevr.az xəbər verir ki, bunu “Rosbalt” agentliyinə açıqlamasında Ümumrusiya HİV virusu ilə yaşayan insanların ictimai birliyinin sədr müavini Aleksey Kropinov söyləyib. Onun sözlərinə görə, hazırda Afrikadakı bəzi ölkələrdə virusun yayılma templəri aşağı salınsa da, bu, Rusiyada yenidən güc toplamağa başlayır:
“HİV epidemiyası artıq Rusiyanın kiçik şəhərlərinə də çatıb. Məsələn, altı il bundan öncə Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətinin Orsk şəhərində HİV epidemiyasına yoluxanların sayı ümumi əhalinin 1%-i nisbətinə çatırdı. Bu, şəhərdən keçən narkotraffikin yaratdığı şəraitin nəticəsi idi. Effektiv profilaktik proqramların maliyyələşdirilməsinə ehtiyac var. Bizdə buna diqqət ayıran yoxdur. Heç bir şey edilməsə, hər il artım olacaq. Belə artım tempi sayəsində biz artıq Afrikanı keçmişik”.
Qeyd edək ki, HİV infeksiyası, hələ ki, sağaldılması mümkün olmayan xroniki xəstəlikdir. Bu səbəbdən HİV-lə yaşayan insanların bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var. HİV infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu xəstəliyi yaranır.
İndiyə qədər HİV infeksiyasına 60 milyon insan yoluxub ki, bunlardan da yalnız 35 milyonu sağdır. HİV infeksiyasından əziyyət çəkənlərin üçdə ikisi Afrikanın payına düşür. Bu xəstəlik hazırda Afrikadan sonra ən sürətlə Mərkəzi Asiya və Şərqi Avropada yayılır.axar.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar