Xəbər lenti
Gürcüstanda 200-dən çox seçki məntəqəsi üçün seçki bülletenləri Azərbaycan dilində çap olunacaq

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlanılıb.
Manevr.az-ın “report”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze brifinqdə məlumat verib.
O bildirib ki, bir neçə gün davam edəcək çap prosesini 12 yerli və xarici müşahidəçi MSK üzləri ilə birgə müşahidə edəcək:
“3709 seçki məntəqəsi üçün 3 259 900 seçki bülleteni çap olunacaq. Bunlardan 3 252 800 ədədi prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkiləri üçün nəzərdə tutulub”.
Mətbuat katibi seçki bülletenlərinin etnik azlıqların dillərində da çap olunacağını deyib:
“Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü-Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap olunacaq. Bundan başqa dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq”.
A.Mikeladzenin sözlərinə görə, seçicilərin vahid siyahısında olan seçicilərin sayı 3 518 890 nəfər təşkil edir.
Qeyd edək ki, seçki bülletenlərində prezidentliyə 25 namizədin adı qeyd olunacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar